• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4081
— 25.08.2015 17:06

Ölkə yollarında növbəti qəzalar baş verib

Ötən gün axşam saatlarında Şabran rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı ata və oğlu xəsarət alıb. Ələt-Astara magistralında isə yük maşını aşıb, sürücü xəsarət alıb.Qəza Şabran-Ərəblər yolunda qeydə alınıb. 52 yaşlı Şabran sakini Yusifəli Haşımovun idarə etdiyi “Qazel” markalı yük maşını idarəetməni itirmə nəticəsində aşıb. Nəticədə sürücü və onun oğlu 24 yaşlı Xəqani Haşımov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir. İlkin ehtimala görə, qəza ehtiyatsızlıq səbəbindən baş verib. Hazırda faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Lənkəran rayonunun Liman şəhərində yüklə dolu “Kamaz” aşıb. Hadisə Ələt- Astara magistral yolunun 188-ci km-də, yolun Lənkəran rayonun Liman şəhərindən keçən hissəsində baş verib. 43 yaşlı Liman şəhər sakini Mahir Quliyevin idarə etdiyi çınqıl dolu maşın sərt döngədə idarəetməni itirərək aşıb. İlkin ehtimala görə, aşmaya maşının arxa yan təkərinin partlaması səbəb olub. Nəticədə yükü magistral yola dağılan maşın ziyan çəkib, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran regional Diaqnostika Mərkəzinə çatdırılıb.Yükün aşması səbəbindən magistral yol təqribən yarım saat müddətinə ağır yük maşınları üçün bağlı qalıb. Aşan maşın ağır texnikanın köməyi ilə yığışdırılandan sonra magistral yolda nəqliyyatın intensiv hərəkəti təmin olunub. Faktla bağlı araşdırma aparılır.