• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3057
— 24.08.2015 22:50

Bakıda polis əməkdaşı idarə etdiyi maşınla yol polisini vurub

Daxili İşlər Nazirliyinin məlumatına görə, avqustun 23-də saat 01 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində polis serjantı Aydın Babayev xidmətdən kənar vaxtı idarə etdiyi “Mercedes” markalı avtomobillə orada “BMW” markalı avtomobildə xidmətdə olan həmkarı, polis serjantı 28 yaşlı Samir Dənziyevi vuraraq hadisə yerini tərk edib. Nəticədə xəsarət alan polis əməkdaşı Klinik Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Hal hazırda yaralının vəziyyəti orta ağırdır. Qəzanı törədən Aydın Babayev saxlanılıb. Qeyd edək ki, zərərçəkən Samir Dənziyev Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidmətinin inspektorudur. Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.