• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4065
— 24.08.2015 22:36

Yolu keçmək istəyən yaşlı qadını avtomobil vurub

Yolu keçmək istəyən 59 yaşlı qadını avtomobil vurub. Hadisə Bakı-Qazax avtomagistralının Qovlar şəhəri ərazisində baş verib. Tovuz rayon Aşağı Öysüzlü kənd sakini, Şəfiqə Hüseynova yolu keçmək istəyərkən “Ford Tranzit” markalı avtomobillə vurulub. Qadın müxtəlif dərəcəli xəsarətlər alaraq Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər zərərçəkənin vəziyyətinin kafi olduğu bildirilər. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.