• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2866
— 24.08.2015 17:53

Saatlıda qayda pozan sürücülərə qarşı reyd keçirilib

Nəzarət tədbiri zamanı avtomobili sərxoş, sənədsiz şəkildə idarə edən, digər yol hərəkəti qaydalarını pozan,  eləcə də polisin saxla əmrinə tabe olmayan 70-ə yaxın sürücü aşkarlanıb.

Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə uyğun olaraq,  respublika ərazisində yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reydlər davam etdirilir. Növbəti dəfə Saatlı rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşları post patrul xidməti əməkdaşları ilə birlikdə reyd keçiriblər. Şəhərin müxtəlif küçələrində keçirilən nəzarət tədbiri zamanı dəfələrlə elan olunmasına baxmayaraq, hələ də bir çox sürücünün yol hərəkəti qaydalarına riayət etmədiyi ortaya çıxıb.

Reyd zamanı nəqliyyat vasitəsini sərxoş, sürücülük hüququ olmadan idarə edənlər saxlanılıb. Həmçinin avtomobillərdə kustar üsulla düzəldilən pərdədən istifadə edən sürücülərə də rast gəlinib. Konstruksiyasına dəyişiklik edilən avtomobillər saxlanılaraq cərimə meydançasına  aparılıb.

Reyd zamanı ümumilikdə 70-ə yaxın sürücü barəsində protokol tərtib edilib. Belə tədbirlərin mütəmadi olaraq davam etdiriləcəyi bildirilir.