• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3985
— 21.08.2015 17:46

Samur Abşeron kanalına düşən şəxsin axtarışları davam edir

Avqustun 19-dan bəri Siyəzəndə Samur Abşeron kanalına düşən Rəhman Ziyafət oğlu Kamilovun axtarışları davam edir. 42 yaşlı Rəhman Kamilovun ehtiyatsızlıqdan kanala düşdüyü bildirilir. FHN dövlət sularda xilasetmə xidmətinin dalğıc xilasediciləri hadisə baş verən ərazidə axtarış aparır. Kanalın suyu bağlanıb. 2 gün davam edən axtarışlara baxmayaraq cəsədi tapmaq mümkün olmayıb. Qohumlarının verdiyi məlumata görə, Rəhman Kamilov həmin ərazidə təsərrüfatındakı mal-qarasını otarıb. Cəsədin tapılması istiqamətində işlər davam etdirilir.