17 yaşlı gənc Xəzər dənizinin nəzarət olunmayan ərazisində çimərkən boğulub. Şahidlərin sözlərinə görə, ölüm hadisəsi ötən gün saat 16:45 radələrində baş verib. Lənkəran rayonunun Mamusta kənd sakini Cavid Əlizadə dostu ilə birlikdə Xəzər dənizinin rayonun Siyavar kəndi ərazisindən keçən hissəsində çimərkən batıb. Cəsədin axtarışı Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən aparılır. Axşam saatlarına qədər meyidin sudan çıxarılması üçün tədbirlər görülüb. Meyidi tapmaq hələ ki, mümkün olmayıb.
- Baxış: 568