• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 795
— 05.08.2015 13:19

Tovuzda növbəti yanğın hadisəsi baş verib

Rayonun Düz Cırdaxan kəndində evin kol-kos yığılmış hasarından başlanan alov tezliklə ətrafa yayılıb. Ərazi quru ot və ağaclarla əhatə olduğundan yanğın daha da genişlənib. Qonşular, yoldan ötənlər alışan həyəti söndürməyə cəhd etsələr də buna nail ola bilməyiblər. Kəndə Tovuz YMH-nın avtomobili və canlı qüvvəsi çağrılıb. Dərhal yanğının qarşısı alınıb. Alovlanan həyətdən qaz daşıyıcı boru xətti keçdiyindən sakinlər partlayış baş verə biləcəyindən ehtiyatlanıblar. Xoşbəxtlikdən alov tez bir zamanda ram edilərək baş verə biləcək xoşagəlməz olayın qarşısı alınıb.