• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 744
— 05.08.2015 10:21

Samuxda və Xaçmazda ağır yol qəzaları baş verib

Nəticədə ümumilikdə 7 nəfər xəsarət alıb.

Samuxda axşam saatlarında ağır yol nəqliyyat hadisəsi baş verib. “Mersedes” markalı avtomobillə “Zaparojes”  markalı maşının toqquşması nəticəsində 4 nəfər ağır  bədən xəsarəti alıb. Samux rayon sakinləri -  37 yaşlı Heybət Heydərov, 36 yaşlı Arif Kazımov, 43 yaşlı Rafiq Məmmədov və Göygöl  rayonu sakini 24 yaşlı Elnur İsmayılov yaxınlıqdakı insanların köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Travmatologiya şöbəsinə yerləşdirilən xəstələrə tibbi yardım göstərilib və vəziyyətləri normal qiymətləndirilir. Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

Daha bir yol qəzası ötən gün axşam saatlarında Xaçmaz rayonunda baş verib. Hadisə Xudat-Nabran yolunun 5-ci km-də qeydə alınıb. Qusar rayon sakini 35 yaşlı Zamir Mürsəlovun idarə etdiyi “Vaz 21099” markalı nəqliyyat vasitəsi Xudat şəhər sakini 33 yaşlı Samir Şirinova məxsus “Chevrolet” markalı maşınla toqquşub. Qəza nəticəsində hər iki maşının sürücüsü və “Chevrolet”-in sərnişini Sevil Şükürova müxtəlif dərəcəli xəsarətlər alıb və Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Yaralılar müvafiq tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin Xudat bölməsində təhqiqat aparılır.