• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 729
— 16.07.2015 22:03

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası olub

Dünən Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası qeydə alınıb. Hadisə yolun Siyəzən rayon ərazisindən keçən hissəsində baş verib. Bakı istiqamətində olan 42 yaşlı Etibar Şahməmmədovun idarə etdiyi 41 BD 729 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobil idarə etməni itirərək yol kənarına aşıb. Hadisə nəticəsində sürücü yerindəcə dünyasını dəyişib. Avtomobildə olan digər sərnişin 14 yaşlı Haldun Şahməmmədov Siyəzən Regional Müalicə Diaqnostika mərkəzinə yerləşdirilib. Ona sağ göz qapağının sıyrıntısı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.