• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 731
— 16.07.2015 19:56

Daşkəsən sakini avtomobilini aşırıb, Bakıda isə yüksək sürət qəzaya səbəb olub

Gəncə şəhərinin Hacıkənd qəsəbəsində qeydə alınan hadisə nəticəsində 22 yaşlı Abbazsadə Orxan Valeh oğlu “Ford” markalı maşının idarəetməsini itirib  və avtomobil dərəyə yuvarlanaraq ağaca çırpılıb. Sürücü xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Yaralıya tibbi müdaxilə edilib, qol və üz nahiyələrinə tikiş vurulub. Vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırmalara başlanılıb.

Bakının Mətbuat prospektində yol qəzası baş verib. Hadisə Yasamal rayonu ərazisində - Musabəyov parkının qarşısında qeydə alınıb. Yüksək sürətlə hərəkət edən "Hyundai" markalı maşın bardürə çırpılıb. Nəticədə avtomobil yuxarı qalxaraq əks istiqamətdə hərəkət edən "Daewoo Gentra" markalı taksinin üstünə düşüb. Qəza nəticəsində "Hyundai"-ın sürücüsü ağır yaralanıb. O, Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya aparılıb. Qəza nəticəsində yolda sıxlıq yaranıb.