
24 komandanın iştirakı ilə keçiriləcək mundialda Azərbaycan millisi ilk qarşılaşmasında Yaponiya ilə üz-üzə gələcək.
D qrupunda yer alan və Bari şəhərində oynayacaq Aleksandr Çervyakovun yetirmələrinin qələbə qazanması heç də asan olmayacaq. Çünki zədə problemi səbəbindən İtaliyada tam heyətlə oynaya bilməyəcək komandamız əsasən gənclərə bel bağlayacaq.
Bundan əlavə, 3 qat dünya çempionu olan yaponlar hazırda əla formadadırlar və 40 illik fasilədən sonra yenidən fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı hədəfləyiblər.
Qrupumuzun açılış matında isə Çin Puerto-Rikanı sınağa çəkəcək. I turun son qarşılaşmasında isə Kuba – Belçika matçı oynanılacaq.
Bari
D qrupu
13:30. Çin – Puerto-Riko
20:00. Yaponiya – Azərbaycan
23:00. Kuba - Belçika
- Baxış: 861