Bu gün səhər saatlarında Gəncə şəhəri, Gülüstan qəsəbəsi ərazisində Xocalı rayon sakini 35 Tofik Həşimovu ilan sancıb. Həmin şəxs ətrafdakıların köməkliyi ilə dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Reanimasiya şöbəsinə yerləşdirilən yaralıya zəhər əleyhinə zərdab vurulub. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.
- Baxış: 452