• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 731
— 14.07.2015 17:46

Tovuz rayonunda partlayış baş verib, 3 nəfər xəsarət alıb

Tovuzda baş verən partlayış nəticəsində 2-si uşaq olmaqla 3 nəfər xəsarət alıb. Hadisə rayonun Əlibəyli kəndində İslam Xanbabayevin həyətində tikinti işləri aparılarkən baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən gün axşam saatlarında ev sahibinin qonağı, Bakı şəhər sakini Xanbabayevin tapdığı iriçaplı patron partlayıb. Nəticədə 8 yaşlı Tuncay Xanbabayev, onun bacısı 12 yaşlı Nərmin və qohumu 44 yaşlı Dürdanə Nağıyeva xəsarət alıb və Tovuz rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Tuncay Xanbabayevin vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.