• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 726
— 08.07.2015 02:21

Daşkəsəndə qadını vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb

Hadisə bu gün gecə saat 1 radələrində rayonun mərkəzində baş verib. Yolu keçmək istəyən Daşkəsən rayonu, Nizami küçəsi, ev 18, mənzil 2 ünvanında yaşayan 43 yaşlı Şəlalə Abbasova  naməlum avtomobil tərəfindən vurulub. Sağ baldır nahiyəsinin qırılmış-kəsilmiş, eləcə də hər iki dirsəyin sıyrılmış diaqnozu ilə yaralı hadisə şahidlərinin köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Ona ilkin tibbi yardım göstərilib və palataya yerləşdirilib.  Hazırda vəziyyəti orta-ağırdır. Hadisə şahidlərinin və qadının sözlərinə görə avtomobil "VAZ 2106" markalı olub. Artıq faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Polis avtomobili və sürücüsünü axtarır.