• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 706
— 22.09.2014 17:09

Sabirabadda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Sabirabad rayonunun Qaragüney kəndi ərazisində bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. "QAZel" markalı yük maşını ilə "KİA" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü, 21 yaşlı Faiq Qarayev hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü Faiq Qarayevin cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı araşdırma aparılır.