• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 705
— 22.09.2014 17:09

Toydan qayıdan Şəki sakinləri qəzaya düşüb

Şəkidə mikroavtobus aşıb. Toydan qayıdan Şəki sakinləri qəzaya düşüb. Hadisə nəticəsində 22 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 4-nün vəziyyəti nisbətən ağırdır.

Şəkinin Biləcik kəndi ərazisində ağır yol qəzası baş verib. Şəki şəhər sakini Ramazanov İlham Şamil oğlu idarə etdiyi “Mercedes” markalı 55-BO-926 dövlət nömrə nişanlı avtomobillə Şəki istiqamətində hərəkətdə olarkən, Biləcik kəndi ərazisində idarə etməni itirib və mikroavtobusu yolun kənarına aşırıb. Hadisəyə səbəb avtobusun qarşısına qəflətən atın çıxması olub. Avtobusda toydan qayıdan Baltalı kənd sakinləri olub. Nəticədə sərnişinlərdən 22 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Onlar dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra 18 nəfər ambulator müalicə üçün evə buraxılıb. Xəsarətləri nisbətən ağır olan Əhmədova Sədayə, Cəfərov Şakir, Əhmədov Ehtiram və Paşayev Vüsalın müalicəsi xəstəxanada davam etdirilir. Faktla bağlı araşdırma aparılır.