İyunun 30-da gecə saatlarında Samuxun Qarayeri-Sarıqamış avtomobil yolunda ölümlə nəticələnən avtoqəza qeydə alınıb. Rayon sakini, Alim Kazımov idarə etdiyi “VAZ 21015” markalı avtomobillə hərəkətdə olarkən maşını eyni istiqamətdə hərəkətdə olan Vilayət Qasımovun idarə etdiyi “T-40” markalı traktorun qoşqusuna çırpıb. Qəza nəticəsində “VAZ”ın sürücüsü yaralanıb, avtomobildə olan iki sərnişin isə ölüb. Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.
- Baxış: 990