• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 706
— 22.09.2014 10:31

Tovuz sakini qəza törətdi

Tovuz sakini idarə etdiyi "Vaz 21-099"-la Gədəbəy rayon Samanlı kənd sakinini vurub. Hadisə Bakı-Qazax avtomagistralınının Dönük Qırıqlı kəndi ərazisində baş verib.

Tovuz sakini Cavid Həsənov idarə etdiyi avtomobillə mal-qarasını yolun bir tərəfindən digər tərəfinə keçirən Gədəbəy rayon Samanlı kənd sakini 24 yaşlı Xəyal Əliyevi vurub. Hadisə şahidlərinin sözlərinə görə, sürəti o qədər də yüksək olmayan "VAZ  21-099" əvvəlcə 1 baş iri buynuzlu heyvanı, daha sonra isə çobanı vurub.

Ağır bədən xəsarətləri alan Xəyal Əliyev dərhal Tovuz Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini kafi qiymətləndirir.

Vəziyyəti ağırlaşan Gədəbəy sakini gecə saatlarında Gəncə şəhər xəstəxanalarından birinə göndərilib. Baş verən hadisəni BDYP-nin əməkdaşları araşdırır.  

Rahim İbrahimoğlu