• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 698
— 21.09.2014 14:57

Ağstafa rayonu ərazisində zəlzələ baş verib

Bu gecə Azərbaycanda zəlzələ baş verib. Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişlinin sözlərinə görə, yeraltı təkanlar yerli vaxtla saat 00:59-də, Qazaxdan 26 km şimalda Ağstafa rayonu ərazisində baş verib. Onun sözlərinə görə, bu ərazidə son bir həftə ərzində çoxlu sayda kiçik zəlzələlər qeydə alınıb. Onların gücü 0,7-1,2 bal arasında dəyişib. Budəfəki yeraltı təkanların gücü 3 baladək olub.