• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 842
— 11.06.2015 16:43

Göygöldə heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə işlərinin əsas hissəsi başa çatdırılıb

Göygöl Rayon Baytarlıq İdarəsi tərəfindən cari il üçün tərtib edilən  epizootik tədbirlər planına uyğun olaraq, rayonda heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə işlərinin əsas hissəsi başa çatdırılıb.

Rayon Baytarlıq İdarəsi tərəfindən bu ilin 5 ayı ərzində rayon ərazisində həyatyanı sahələrdə və fermer təsərrüfatlarında saxlanılan ev quşları, xırda və iribuynuzlu heyvanlar arasında bir sıra xəstəliklərə qarşı peyvəndləmə aparılıb. İşlər çərçivəsində iribuynuzlu heyvanlardan 21 min 279 baş  qarayara xəstəliyinə, 18 min 309 baş leptosprioz xəstəliyinə, 19 min 516 baş isə dabaq xəstəliyinə qarşı peyvənd edilib. Xırdabuynuzlu heyvanlar arasında isə 161 min 357 başda dabaq, 102 min 802 başda çiçək, 31 min başda isə brusellyoz xəstəliyinə qarşı profilaktik peyvəndləmə aparılıb.

Oqtay Həmidov -Göyöl  Baytarlıq İdarəsinin rəisi: “Hal-hazırda yaz-yay mövsümü ilə əlaqədar olaraq, heyvanlar arasında qan parazitar xəstəliklərinin və digər transmissiv xəstəliklərin profilaktikası məqsədi ilə heyvanlar arasında vaxtaşırı olaraq dezinfeksiya işləri həyata keçiririk. Bu gün də rayon ərazisində fəaliyyət göstərən mal bazarında dezinfeksiya işləri aparırıq”.

Rayon Baytarlıq İdarəsi tərəfindən aparılan mütəmadi profilaktiki tədbirlər nəticəsində hazırda rayon ərazisində epizootik vəziyyət sabitdir.

Elton Cabbarlı