• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 696
— 10.06.2015 14:52

Şəmkir Heydər Əliyev Mərkəzində Qurtuluş gününə həsr olunan sərgi təşkil olunub

Şəmkir Heydər Əliyev mərkəzində 15 iyun - Milli Qurtuluş gününə həsr olunan "Heydər Əliyev-Müstəqilliyimiz əbədidir" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada çıxış edənlər dahi şəxsiyyətin Azərbaycan hakimiyyətinə ikinci dəfə rəhbərliyi zamanı ölkənin daxili və xarici siyasətində aparılan islahatlar, eləcə də həyata keçirilən tədbirlər barədə geniş məlumat veriblər. Natiqlər "Daxili siyasətdə aparılan islahatlar", “Xarici siyasət kursunun müəyyən olunması", "Ulu öndərin Şəmkirə səfərləri" mövzularında məruzələr səsələndiriblər. Mərkəzdə Milli Qurtuluş günü ilə bağlı sərgi də təşkil olunub. Ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanda apardığı quruculuq işlərinin nümunələri və həmin dövrdə tikilən binaların maketləri nümayiş olunub.