• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 697
— 10.06.2015 14:57

Azərbaycan Texnologiya Universitetində “Bakı-2015” Avropa Oyunlarının təbliğinə həsr olunan konfrans keçirilib

Tədbirdə universitetin müəllim və tələbə heyəti ilə yanaşı, Gəncə idman ictimaiyyətinin üzvləri də  iştirak edib. Çıxış edənlər Avropa oyunlarının ölkəmizin beynəlxalq nüfuzuna müsbət təsirindən, Azərbaycanın idman aləmində qazanacağı nüfuzlu yerindən bəhs ediblər. Bildirilib ki, ölkəmizi Birinci Avropa oyunlarında təmsil edəcək idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi müəllimlərdir. Favoritlər sırasında ilk üçlükdə Rusiyanın adı çəkilib. İkinci və üçüncü yerlərin favoritləri isə yarışda iştirak edəcək idmançılarının sayına görə analoji olaraq İtaliya və Azərbaycan hesab edilib. Daha sonra Milli Olimpiya Oyunlarının məşəlinin yandırılması barədə videoçarx nümayiş olunub.