• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 746
— 10.06.2015 15:11

GDU-da “Milli Qurtuluş günü-çağdaş tariximizin dönüş nöqtəsidir” mövzusunda tədbir keçirilib

Gəncə Dövlət Universitetində Qurtuluş gününə həsr olunan “Milli Qurtuluş günü-çağdaş tariximizin dönüş nöqtəsidir” mövzusunda tədbir keçirilib. Çıxışlarda 15 iyun 1993-cü ilin müstəqil dövlətimizin ən önəmli tarixlərindən biri olduğu vurğulanıb. Qeyd olunub ki, xalqın təkidi ilə hakimiyyətə qayıdan ulu öndərin səyi nəticəsində  Azərbaycanda daxili-siyasi sabitlik bərpa olunub, dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub.  Məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ictimai münasibətlər sisteminin bütün sferalarında sabitlik və qarşılıqlı anlaşma mühiti formalaşıb. Tədbirin davamında Gəncə Dövlət Universitetinin tələbələrdən ibarət özfəaliyyət dərnəyi vətənə, torpağa, xalqa aid  şeirlər səsləndirib, milli ruhda manılar ifa ediblər.