• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 746
— 09.06.2015 16:59

Şəmkirdə növbəti səyyar qəbul dağ kəndində keçirilib

Şəmkirdə rayon rəhbərliyinin kənd və qəsəbələrdə səyyar qəbulları davam edir. Növbəti səyyar qəbul rayonun ən ucqar yaşayış məntəqələrindən və olan əsasən qaçqınların məskunlaşdığı Yeni Göyçə kəndində keçirilib. Görüşdən əvvəl Yeni Göyçə və ətraf yaşayış məntəqələrində həyata keçiriləcək sosial layihələr barədə məlumat verilib. Dağ kəndlərini rayon mərkəzi ilə birləşdirəcək yolun asfaltlanacağı qəzalı vəziyyətdə məktəb binasının yenisi ilə əvəz olunacağı diqqətə çatdırılıb. Çıxışlarda qeyd olunub ki, Yeni Göyçə kəndinin 1000-ə yaxın əhalisi var. Yerli sakinlərin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olan bir çox xidmət təşkilatlarından səmərəli şəkildə yararlanırlar. Kənddə 1 həkim məntəqəsi, 1 məktəb, poçt və ATS əhalinin ixtiyarındadır. Səyyar qəbuldan maksimum yararlanan yerli sakinlər bir çox problemləri önə çəkiblər. Onlar kəndlərarası yolların təmirini, içməli suya olan tələbatın ödənilməsini elektrik təsərrüfatının yenidən qurulmasını təklif ediblər. Bundan başqa evlərin telefonla təchizatı məsələsi də gündəmə gətirilib. Sadalanan problemlərin qısa zaman kəsiyində mərhələli şəkildə həll olunacağı bildirilib.