• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 848
— 08.06.2015 14:47

Goranboyda taxıl biçininə başlanılıb

KepezTV Player

Ötən ilə nisbətən bol olan məhsuldarlıq fermerlərin ürəyincədir.

Goranaboy rayonunun Borsunlu, Bəşirli, Qaradağlılar kəndində 3 gündür ki, taxıl  biçini aparılır. Bu il rayon üzrə 17 min ha sahəyə taxıl əkilib ki, bunun da 11 min 600 ha arpa, 5 min 400 ha isə buğdadır. Artıq 600 ha sahədə arpa biçilib. Rayon üzrə hər hektardan 26-28 sentner taxıl biçilir ki, bu da ötən illə müqayisədə 2-3 sentner çoxdur. Taxıl biçini ilə əlaqədar yerlərdə qərargahlar da yaradılıb.

Zəka Zeynalov- Aqrolizinq ASC Goranboy rayon bölməsinin rəhbəri: “Bu qərargahın və səhmdar cəmiyyətin nömrələri bütün bələdiyyə və icra nümayəndələrinə verilib. Harada kombaynlara ehtiyac varsa, biz dərhal orada tədbir görürük. Bütün kombaynlar saz vəziyyətdədir. Biçin uğurla gedir. Planlaşdırırıq ki, vaxtında və itkisiz biçini başa çatdıraq”.

Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün sahələrə 30-a yaxın texnika cəlb olunub. Kombaynlardan 23-ü rayona, 7-i isə ətraf rayonlara məxsusdur.

Hava şəraiti imkan verərsə, taxıl biçini iyunun sonuna kimi yekunlaşdırılacaq. Daha sonra isə sahələrin  şumlanmasına başlanılacaq.

Elnur Vahidoğlu