• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2289
— 14.09.2014 21:37

Qolbağılara yeni görkəm vermək

Sadə görünüşlü qolbağılara yeni bir görkəm vermək üçün bir neçə üsuldan istifadə etmək olar. Belə ki, ilk üsul kimi bəzəkli kağız plastik halqa ölçüsündə kəsilir və yapışdırılır. Başqa bir metodla halqaların üzərinə ilk olaraq, sprey boya vurulur. Sonra adi kiçik ölçülü zəncir halqalardan birinin üzərinə yapışdırılır. Zəncirin bir halqası kəsilir və ona adi klon yerləşdirilir. Son olaraq, plastik halqa sap və metal tikanlar vasitəsilə yeni bir görkəm qazanır. Belə ki, əvvəlcə sapın bir ucu halqanın içərinə yapışdırılır və onun üzərinə dolanır. Sap dolandıqca iynə vasitəsilə metal tikanlar da məsafəli şəkildə, ardıcıl, halqanın üzərinə əlavə olunur. Beləliklə, hazırdır.