• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 848
— 18.05.2015 14:43

Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda yeni pambıq sortlarının sınaqdan keçirilməsinə başlanılıb

Havaların yağmurlu keçməsi ilə əlaqədar yeni sortların əkilməsi geciksə də, bu gündən prosesə start verilib.Builki tədqiqatlar çərçivəsində dünyanın müxtəlif ölkələrindən gətirilən 840-dan artıq pambıq sortu sınaqdan keçirilir. Bunlar Hindistan, Pakistan, ABŞ və digər ölkələrdə istifadə olunan sortlardır. Hər bir pambıq sortu nömrələnərək əkilir ki, gələcəkdə hansı sortun yerli iqlimə necə uyğunlaşmasını rahat şəkildə müəyyən etmək mümkün olsun. İlkin şərt daha tez yetişən sortun müəyyən edilməsidir. Çünki pambıqçılıqda xəstəlik və zərərvericilərə davamlı yüksəklift sortlarının əldə olunması başlıca amildir.

Həsənəli Aslanov- Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun direktoru: “Bu istifadə olunan sortlar demək olar ki, yerli rayonlaşdırılmış sortlarıdr. Yəni burada yüksək lift çıxımı zərərvericilərə davamlı və ən əsası tez yetişən sortlardır. Çünki ,hər kəs istəyir  tez məhsul götürsün”.

Qeyri-neft sektorunun inkişafının dövlət siyasətinin prioritetlərindən biri olması, eləcə də bu ilin respublikada “Kənd Təsərrüfatı İli” elan edilməsi nəzərə alınarsa, pambıqçılığın rolunun getdikcə artdığını vurğulamaq olar.  

Həsənəli Aslanov- Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatı İnistitunun direktoru: “Neft kapitalını qeyri- neft sektoruna yönəltmək lazımdır. Ağ qızıl gec- tez inkişaf etdirilməlidir. Bu ölkəmizin iqtisadiyyatında böyük yer tutmalıdır. Bu gün dünya bazarında 1 kq mahlıcın qiyməti 2 manata yaxındır. Bundan əlavə dünya bazarında 1 kq buğdanın qiyməti 0.24 sentdir. Bir kq mahlıcın qiyməti isə 1.9 dollardır”.

Qeyd edək ki, son illər ərzində aparılan tədqiqat işləri nəticəsində 10-a yaxın yeni pambıq sortu əldə olunub ki, bu gün də həmin sortlar yüksək məhsuldarlıq verir.