• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 695
— 18.05.2015 13:54

Ölkədə Dövlət Baytarlıq Nəzarəti tərəfindən monitorinqlər keçirilir

Respublika ərazisinə köçəri quşların miqrasiyası və Türkiyədə quş qripinin yayılması riski nəzərə alınaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən monitorinqlər keçirilir. Məqsəd virusun yayılmasının qarşısını almaq, eləcə də bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçirməkdir.

Bununla əlaqədar Göygöl Rayon Baytarlıq İdarəsi həyətyanı təsərrüfatlarda mövcud quşlar arasında yoxlamaların aparılması, quşların yetişdirilməsi, kəsilməsi, daşınması və satışına dövlət nəzarəti daha da gücləndirib. Tədbirlərə planına uyğun olaraq, baytar həkimlər quşların tam qapalı şəraitdə saxlanması, onların köçəri quşlarla təmasdan qorunması üçün fərdi təsərrüfatlarda maarifləndirici söhbətlər aparır.  

Oqtay Həmidov -Göygöl rayon Baytarlıq İdarəsinin rəisi: "Quş qripinin monitorinqi ilə əlaqədar olaraq ev quşlarından vaxtaşırı qan nümunələri götürərək müayinə olunması üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilir. Bu günə kimi 38 baş ev quşundan alınan qan nümunələrində quş qripinini virusu aşkar edilməyib”.

2015-ci ilin tədbirlər planına uyğun olaraq, Göygöldə 540 min 661 ev quşu xəstəliklərə qarşı peyvənd edilib. Aparılan profilaktik tədbirlər nəticəsində rayon ərazisində epizootik vəziyyət sabit olaraq qalır.

Xaliq Qurbanlı