• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 694
— 16.05.2015 14:06

Genidəyişdirilmiş məhsul satıcılarını cəzalar gözləyir

Azərbaycanda geni dəyişdirilmiş məhsullara çox az rast gəlinir. Söhbət xaricdə və ölkə daxilində yetişdirilən meyvə və tərəvəzlərdən gedir. Bu barədə Antiinhsar Siyasəti və İstehsalçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev açıqlamasında bildirib. Onun sözlərinə görə, əvvəllər də Azərbaycan hökuməti geni dəyişdirilmiş toxumların, cins heyvanların və quşların ölkə ərazisinə gətirilməsini qadağan etmişdi. Lakin bu il yanvarın 1-dən etibarən Nazirlər Kabinetinin qərarına əsasən, respublikaya ümumiyyətlə, geni dəyişdirilmiş məhsulların gətirilməsinə birdəfəlik qadağa qoyulub. Antiinhsar Siyasəti və İstehsalçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bununla bağlı müvafiq tədbirlər görür.

Araz Əliyev -Antiinhsar Siyasəti və İstehsalçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini: "Geni dəyişdirilən məhsulların əsas qanunvericilik sənədlərinin hazırlanması istiqamətində iş gedir. Bununla bağlı sənədlərin qəbul edici onlayn forması həll olunur. Bu gün dövlət xidməti tərəfindən geni dəyişdirilən məhsulların satışı ilə bağlı tələblərə əməl olunması ilə bağlı nəzarət həyata keçirilir. Əgər belə hallara yol verilirsə, yəni geni dəyişdirilən məhsulların satılması zamanı bu göstərilmirsə istehlakçı aldadılırsa, satışı qadağan edilən məhsul satışa çıxarılırsa bu hallarda qanunvericilikidə nəzərdə tutulan tədbirlər görülür tərəfimizdən".