
Hadisə səhər saatlarında Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 33 yaşlı Zaqatala rayonu Donbabinə kənd sakini İlkin Şıxamirov idarə etdiyi “Tofash” markalı avtomobillə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəzada ağır yaralanan İlkin Şıxamirov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 1076