• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 731
— 12.05.2015 18:34

Rusiyada polis həmkarını qətlə yetirdi

Rusiyanın paytaxtı Moskvada 35 yaşlı polis Dmitri Qoland 20 yaşlı informator Nikitanı tabel silahı ilə qətlə yetirib. Məlumatına görə, hadisə Moskvada Slavyan bulvarında avtomobildə spirtli içki qəbul etdikdən sonra baş verib. Hüquq-mühafizə orqanlarında olan mənbələrin sözlərinə görə, cinayət axtarışının tədqiqatçısı bərk sərxoş olub və mübahisə zamanı o, öz agent-informatorunu vurub. Onların uzun müddət birgə işlədiyi bildirilir. Blokda yerləşdirilmiş müşahidə kameraları 35 yaşlı polis kapitanı öz agent-informatorunu necə qətlə yetirdiyi anları qeydə alıb. Onlar sərxoş vəziyyətdə olaraq bloka yaxınlaşır və burada cinayət axtarışının tədqiqatçısı tabel tapançası ilə oynayır və öz informatoru ilə qucaqlaşaraq ona atəş açır. Faktla bağlı araşdırmalar davam edir və polis zabiti həbs edilib.