• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 732
— 10.05.2015 21:25

Gəncəli gənclərin davasında 3 nəfər bıçaqlanıb

Gəncə şəhəri Kəpəz rayonu Zülfi Hacıyev küçəsində gənclər arasında qanlı olay baş verib. Olay zamanı 3 nəfər bıçaqlanıb. Onlar şəhər sakinləri 21 yaşlı İlqar Abbasov 30 yaşlı Samir Hacıyev və 20 yaşlı Mehman Əliyevdir. Hər üç yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra Mehman Əliyevin xəsarəti yüngül olduğundan evə buraxılıb. Digər iki nəfər İlqar Abbasov və samir Hacıyev isə əməliyyat olunub. Abbasovun bıçaq yarası daxilə nüfuz etsədə Hacıyev zərbədən nisbətən yüngül xilas olub. Hər iki şəxs xəstəxanada həkim nəzarətindədir. Hazırda polis davanın digər iştirakçılarının müəyən edilməsi istiqamətində araşdırmalar aparır.