• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 724
— 10.05.2015 18:12

Şəmkirdə sərxoş sürücü avtomobili körpüdən aşırıb

May ayının 10-u saat 18:00 radələrində Şəmkir rayonunun Keçili kəndində ağır yol nəqliyyat hadisəsi baş verib. Kənd sakini 45 yaşlı Faiq Alıyev sərxoş halda sükan arxasında əyləşdiyi “VAZ 21011” markalı avtomobilin idarəetməsini itirərək onu Şəmkir çayı üzərindəki körpüdən dərəyə aşırıb. Qəza nəticəsində sürücü və onun sərnişini 48 yaşlı Akif Rzayev ağır bədən xəsarətləri alıblar. Yaralıları çaydan çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin qəza xilasetmə qrupu cəlb edilib. Hər iki yaralı 23 metr dərinlikdən çıxarılaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər yaralıların vəziyyətinin ağır olduğunu bildirirlər. Qəzanın dəqiq  səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

Xəyalə Səfərli- həkim: “Xəstəxanamıza avtoqəza nəticəsində 2 nəfər xəstə daxil olub. Hər ikisinin də vəziyyəti ağırdır. Hazırda şöbədə müayinə və mülicələr davam etdirilir”.