• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 736
— 09.05.2015 21:36

Gəncədə 70 yaşlı qadını maşın vurub

Bu gün axşam saatlarında Gəncədə piyadanını vurulması ilə nəticələnən yol qəzası baş verib.  Yol nəqliyyat hadisəsi Ozan küçəsində qeydə alınıb. İlham səmədovun sükanı arxasında olduğu VAZ 2107 markalı avtomobil yolu keçmək istəyən şəhər sakini 70 yaşlı Səmayə Mehdiyevanı vurub. Ağır bədən xəsarətləri alan qadın dərhal Gəncə şəhər TTYX-nın Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağr qiymətləndirlir. Faktla bağlı şəhər Baş Polis İdarəsində araşdırma aparılır.