• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 731
— 09.05.2015 21:35

Gədəbəydə 2 avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib

Bu gün Gədəbəydə 2 avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Yol qəzası rayonun Söyüdlü kəndi ərazisində baş verib. 2 VAZ 2106 toqquşması nəticəsində avtomobildə olan sürücülər və sərnişinlər xəsarət alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Zərəçəkmişlərin ikisinin vəziyyəti normal olduğundan onlar ambulator müalicəyə buraxılıblar. Digər xəstə Arıxdam kənd sakini 71 yaşlı Zirəddin Qulyev Gəncə şəhər TTYX-nın Travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəxananın həkimi Mehman Rzayevin verdiyi məlumata görə, hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.