• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 729
— 08.05.2015 17:57

Bakıda dəhşətli qətl hadisəsi baş verib

Məlumata görə, hadisə Yasamal rayonunun Zahid Xəlilov küçəsi, 523-cü məhəllədə baş verib. Belə ki, 1987-ci il təvəllüdlü Hamlet Cahangirov çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Meyit müayinə edilən zaman onun bədəninin müxtəlif nahiyələrində 7 bıçaq xəsarətinin olduğu məlum olub. Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsi, 26-cı Polis Bölməsi  və rayon prokurorluğuna məlumat verilib. 26-cı PB əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat tədbirləri nəticəsində hadisənin üstünü “isti izlərlə” açmaq mümkün olub. Belə ki, cinayəti törətməkdə şübhəli bilinən Səbail rayon sakinləri Yusif Mirzəyev, Sahib Həsənov və Fərid Şahbazov saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, istintaq davam edir. Hadisənin təfərrüatları istintaq araşdırmalarından sonra məlum olacaq. Qeyd edək ki, qətlə yetirilən H.Cahangirov tanınmış müğənni Səidə Sultanın prodüseri işləyib.