• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2356
— 14.09.2014 21:25

AJP Design emalatxanasından Range Rover RS Sport Coupe

Londonda fəaliyyət göstərən AJP Design tüninq şirkəti özünün Range Rover RS Sport Coupe variantını təqdim edib. Adından da göründüyü kimi model dörd deyil, ikiqapılı olacaq. Bundan başqa Range Rover –in eni yeni əldə etdiyi qanadlar və modernizə edilən qara rəngli yüngül lehimli təkər diskləri hesabına artıb. Xaricetmə sistemi dəyişdirilib. AJP Design əlavə edib ki, Range Rover RS Sport Coupe salonunun hazırlanmasında müxtəlif rəngli Nappa İtaliya dərisindən istifadə edilib. Dördqapılı Range Roverin ikiqapılıya çevrilməsi üçün AJP Design mütəxəssisləri çoxlu qaynaq işləri aparmalı olublar. Bu səbəbdəndir ki, Range Rover RS Sport Coupe AJP Design modelindən cəmi 25 nüsxə hazırlanıb.2014-cü ilin dekabrında satışa çıxarılacaq modelin qiyməti hələlik açıqlanmır.