• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3023
— 06.05.2015 19:13

Bakıda yol hərəkəti qaydasını pozan sürücü polis əməkdaşını vurub

Hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Mayın 4-də saat 19 radələrində Bakıxanov küçəsində "Mercedes" markalı avtomobilin sürücüsü Azər Əhmədov yol hərəkəti qaydasını pozub. Buna görə də ərazidə xidmət edən Yol Patrul Xidməti Alayının serjantı Ağamoğlan İbrahimov tərəfindən saxlanılıb. Bu zaman sürücü polisə tabe olmayıb və onu vuraraq yerə yıxıb. Xəsarət alan polis əməkdaşı təcili tibbi yardım stansiyasında yardım alıb və evə buraxılıb. Faktla bağlı araşdırmalar aparılır.