• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2819
— 05.05.2015 21:12

Goranboy sakinini ilan sancıb

Goranboy rayon sakinini ilan sancıb.Hadisə bu gün rayonun Şadılı kəndində qeydə alınıb. Kənd sakini, 39 yaşlı Anar Abbasov həyətyanı sahəsində işləyərkən ilan onun ayağından sancıb. O dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Zərəçəkmişin vəziyyətinin ağır olduğu bildirilir.