• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 729
— 05.05.2015 18:02

Bakıda cinsi azlıq nümayəndəsini döyüb, soydular

Bakıda iki dost müştəri kimi tanış olduqları cinsi azlıq nümayəndəsinə qarşı soyğunçuluq törədib. 

Elvin Ağaverdiyev dostu Ramin Lətifovla birlikdə gecə saatlarında avtomobillə gəzərkən "Xalqlar Dostluğu" metro stansiyasının yaxınlığında cinsi azlıq nümayəndəsi Vüsal Şahbazov ilə tanış olublar. Onlar Vüsal Şahbazovu avtomobilə əyləşdirərək, ağaclıq sahəyə aparıblar.

Şahbazov hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinə şikayət edib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ramin Lətifov isti izlərlə saxlanılıb və məhkəmə qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. O, artıq istintaq təcridxanasındadır. Hadisənin digər iştirakçısı Elvin Ağaverdiyevi isə dərhal saxlamaq mümkün olmayıb. Hadisədən bir gün sonra o, Azərbaycan Respublikası ərazisini qatarla tərk etməyə çalışarkən polis əməkdaşları tərəfindən Qusar rayonu ərazisində tutulub. Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, saxlanan şəxslər avtomobillə Vüsal Şahbazovu ağaclıq sahəyə apararaq, onun 443 manat nağd pulunu və iki ədəd telefonunu əlindən alıblar. Dünən onun da barəsində həbs-qətimkan tədbiri seçilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma apırılır.