• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2809
— 05.05.2015 17:49

Gəncədə un fabrikinə məxsus bunker cırılıb (Yenilənib)

Gəncədə un fabrikinə məxsus bunker cırılıb. Hadisə zamanı 1000 ton taxıl tutan çənin çırılması nəticəsində təxminən 600 tondan çox taxıl yerə tökülüb. Qəza zamanı  fabrikin hasarı uçub, 2 ədəd gecə işıqlandırma dirəyi aşıb, qaz xətti zədələnib və elektrik naqilləri sıradan çıxıb. Xəsarət alan yoxdur.

Hadisəyə ilkin səbəb kimi çənin içindəki borunun sınması və taxılın sıxılıb qalması bildirilir. Taxılın Əziz Əliyev prospektinə tökülməsi nəticəsində yolda avtomobillərin hərəkəti tam məhdudlaşıb. Təxminən 2 saat avtomobillər digər yolla hərəkət edib.  Əraziyə tökülən taxılın yığılması üçün 4 ağır texnika, eləcə də 20 canlı qüvvə cəlb edilib.

 

16:43 olan xəbər

Bu gün saat 16:00 radələrində “Neon” un fabrikinə məxsus taxıl saxlanılan bunkerdə cırılma hadisəsi baş verib. Nəticədə bunkerdə olan buğda yola dağılıb. Nəticədə Əziz Əliyev prospektinin həmin ərazisində avtomobillərin hərəkəti tam məhdudlaşıb. Hazırda traktorla buğdanın yığımı aparılır. Qəza nəticəsində fabrikin hasarı uçub, 2 ədəd gecə işıqlandırma dirəyi aşıb, qaz xətti zədələnib və elekrtik naqilləri sıradan çıxıb.