• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3030
— 05.05.2015 09:15

Gədəbəy sakinini Şəmkirdə ilan sancıb

Ötən gün Şəmkirin Çeyrançöl ərazisində ilan sancması halı qeydə alınıb. Gədəbəy rayonunun Düzyurd kənd sakini 42 yaşlı Mahirə İsgəndərovanı yaylaqda ilan vurub.

Qadın dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda həkim nəzarətində olan Mahirə İsgəndərovanın vəziyyəti orta-ağır qiymətləndirilir. Xəstənin həyatını təhlükədən xilas etmək üçün təcili və təxirə salınmaz tədbirlər davam etdirilir.

Abdulla Rzayev- Şəmkir MRX-nın baş həkimin müavini: “Dərhal tibbi yardım göstərilib. İlan zəhəri əleyhinə zərdab vurulub. Hal-hazırda xəstənin vəziyyəti sabitdir və həkim nəzarəti altınadadır”.