• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 731
— 04.05.2015 19:19

Sabirabadda 16 yaşlı yeniyetmə dayısını bıçaqla qətlə yetirib

Hadisə rayonun Yaxa Dəllək kəndində baş verib. Kənd sakini, 16 yaşlı Cavad Hacıyev dayısı, 43 yaşlı Vüqar Hacıyevi bıçaqlayıb. Ağır yaralanan dayı xəstəxanaya aparılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər. Dayısını öldürən Cavad Hacıyev qaçaraq gizlənib. Lakin Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cavad Hacıyev yaşadığı kəndin ərazisində tutularaq istintaqa təhvil verilib. Hadisənin şəxsi mübahisə zəminində baş verdiyi bildirilir. Faktla bağlı Sabirabad rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.