• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2961
— 04.05.2015 18:11

Samur-Abşeron kanalında Qusar rayon sakini batıb

May ayının 2 də Fövqəladə Hallar Nazirliyinin, 112 qaynar telefon xəttinə Samur-Abşeron kanalında 1 nəfərin batması ehtimal olunan zəng daxil olub. Fövqəladə Hallar Nazirliyinin dalğıclarının keçirdikləri axtarış tədbirləri nəticəsində Qusar rayon Mucuq kənd sakini 32 yaşlı Robert Fərzəliyevin cəsədi may ayının 3-də Xaçmaz rayon Küpçal kəndi ərazisində tapılıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən kanaldan çıxarılan cəsəd aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.