• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 746
— 03.05.2015 11:04

Tovuzda əhali arasında qaloşdan istifadəyə maraq azalır

Qaloş, rezin çəkmə illər öncə kənd sakinlərinin ən çox istifadə etdikləri ayaq geyimləriydi. İndi isə yalnız yağışlı günlərdə, palçıqlı küçələrdə rezin ayaqqabı - qaloş yaşlı insanların işinə yarıyır.

Daha çox regionlarda istifadə edilən bu ayaq geyimi kəndlilər üçün rahat hesab edilir. Qiymətcə ucuz olsa da, ziyanı da az deyil. İstifadəçinin gözlərinə, ayaqlarına təsiri böyük olur. Tovuzun dağ kəndlərində qaloşdan geniş istifadə olunur. Kəndlilər bildirirlər ki, dağlara çiçək yığmağa, mal-qaranı otarmağa gedərkən həm qadınlar, həm də kişilər qaloş geyinirlər. Yağışlı havalarda sürüşməyən bu rezin ayaqqabı sukeçirməz olduğuna görə də onların işinə yarıyır.

Kənddə əkin işi görən zaman qaloş sakinlərin əsas iş ayaqqabısı olur. Tovuzun dağ kəndlərinin gəncləri isə bu ayaq geyimindən istifadə etmirlər. Hətta qaloş geydiyinə görə, valideynlərini qınayanlar da olur.

Kəndlilər daha çox Rusiyada istehsal edilən qaloşdan istifadəyə üstünlük verirlər. Bu rezin ayaqqabının qiyməti 3-5 manat arasında dəyişir.

Rahim İbrahimoğlu