• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 697
— 02.05.2015 15:17

Gəncədə N saylı hərbi hissənin şəxşi heyəti ağacəkmə aksiyasında iştirak edib

Gəncədə Azərbaycan respublikası Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən iməcilik və ağacəkmə aksiyası təşkil olunub. Aksiya faşizm üzərində qələbənin 70 illiyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə keçirilib. N saylı hərbi hissənin şəxşi heyəti Heydər Əliyev park-kompleksinin ərazisində ağac əkiləcək torpaq sahəsini alaq otları və daşlardan təmizləyib. Daha sonra hərbçilər orkestrin müşaiyəti altında ağac əkməyə başlayıblar. Aksiya zamanı 500-dən artıq şam ağacı əkilib. İməcilik şəhər üzrə 4 istiqamətdə həyata keçirilib.