• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 735
— 02.05.2015 15:15

Gəncədə 9 may - Qələbə gününə hazırlıq işləri yekunlaşmaq üzrədir

Gəncədə 9 may - faşizm üzərində qələbənin 70 illiyi ilə bağlı keçiriləcək tədbirlərə hazırlıq işləri demək olar ki, yekunlaşıb. Veteranların Gəncə şəhərində fəaliyyət göstərən 3 ali təhsil müəssisəsində, orta məktəblərdə və hərbi hissələrdə şəxsi heyətlə görüşü də nəzərdə tutulub. Artıq bu görüşlərin müəyyən hissəsi baş tutub. Qələbə günü hər il olduğu kimi İsrafil Məmmədovun məzarı başında anılacaq. Bu il Moskvada “Qırmızı Meydanda” təşkil olunacaq böyük parada Gəncə şəhərindən olan veteranların da qatılması gözlənilir.

Yusif Məmmədov-  Gəncə Şəhər Veteranlar Şurasının sədri: “Hesab edirəm ki, bu tədbirlərin keçirilməsi lazımdır. Bilirik ki, ölkəmizin 20 faiz ərazisi işğal altındandır. Müharibə və vətənpərvərlik mövzusunda təbliğatların aparılması tədbirlərin keçirilməsi olduqca mühüm məsələdir”.