• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 696
— 02.05.2015 15:14

Gəncədə Heydər Əliyevin anadan olmasının 92 illik yubileyi ilə əlaqədar “Kitab bayramı” keçirilib

Gəncədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illik yubileyi ilə əlaqədar  “Kitab bayramı” keçirilib. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 saylı Gənclər Filialında təşkil edilən bayramda 500-ə yaxın kitab sərgilənib.

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Mədəniyyət və Turizm İdarəsinin birgə təşkil etdiyi kitab bayramında iştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan nəşrlərlə tanış olublar. Açıq səma altında təşkil edilən tədbirin məqsədi yeniyetmələr üçün rahat, sərbəst şəkildə kitabdan istifadə etmək imkanı yaratmaq və gənc nəsildə kitaba məhəbbət aşılamaqdır.

Elmira Əliyeva- Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru:  “Aprel ayının 20-dən başlayaraq təkcə Mərkəzi Kitabxana deyil, məktəblərdə də kitab sərgiləri keçirilib. 1, 2, 4, 5, 8, 23 nömrəli orta məktəblərdə kitab sərgiləri nümayiş etdirilib, ümummilli liderin həyat və fəaliyyəti haqqında uşaqlara məlumatlar verilib. Bu tədbirlərimiz silsilə olaraq may ayının 10-na kimi davam edəcək”.

Tədbirdə Gəncənin orta ümumtəhsil məktəblərinin şagirdləri ədəbi-bədii kompozisiya nümayiş etdirib. Uşaq İncəsənət Məktəbinin “Gəncə qönçələri” rəqs qrupunun çıxışları maraqla qarşılanıb. Tədbirdə fərqlənən məktəblilərə hədiyyələr təqdim edilib.

Elnur Vahidoğlu