• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 752
— 02.05.2015 15:13

Tovuz sakini öz həyətində limon bağı salıb

Tovuzda bu rayon üçün xarakterik olmayan limon bağları salınır. Cənub bölgəsindən gətirilən subtropik bitkini rayonun Alakol kənd sakini öz həyətində becərir.

Əvvələr limonu kiçik dibçəklərdə yetişdirən Sahib Qasımov daha sonra onu istixana şəraitində becərib. Tovuz sakini hazırda mayalanma dövründə olan bitkidən yüksək məhsuldarlıq gözləyir.

Sahib Qasımov- bağban: “Ağaclar 2-3 min limon gətirir. Hazırda mayalanma fazasındadır. 10 günə yekunlaşacaq və sonra məhsul edə biləcəyik”.

Sahib Qasımov İspaniya sortu olan limonun dadına və ətrinə görə, Türkiyədən, İrandan gətirilən limonlardan fərqləndiyini deyir.  Rayon üçün xarakterik olmayan bitkinin satışı da sərfəlidir. Tovuz sakini tinglərin satışını da həyata keçirir.

Sahib Qasımov- bağban: “Bir ağacdan 250 limon əldə edilir. Bazara çıxarmıram, ama kənddən hər gün müştərilər olur, gəlib 50 qəpiyə alırlar. Tinglərini də satıram, 15-30 manata satıram”.

Bağban bildirir ki, bölgədə limon bağlarını artırmaq üçün hər hansı çətinlik yoxdur. Tovuz sakininin istixanasında becərdiyi bu subtropik bitkini gələcəkdə qərb bölgəsində açıq sahələrdə də artırmaq mümkündür. Təbii ki, fermerlər buna maraq göstərsələr...

Rahim İbrahimoğlu