• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 903
— 01.05.2015 16:52

Gəncədə “Region gənclərindən İlk Avropa Oyunlarına dəstək” layihəsi çərçivəsində festival keçirilib

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Region gənclərindən İlk Avropa Oyunlarına dəstək” layihəsi çərçivəsində Gəncədə festival keçirilib. Festival ölkəmizdə təşkil olunacaq İlk Avropa Oyunlarına növbəti dəstək kampaniyasıdır və region gənclərinin bu oyunlara olan dəstəyinin bariz nümunəsidir. Festivalda uşaq və yeniyetmələrin, eyni zamanda, gənclərin iştirakı ilə idman oyunları, musiqi və rəqslər, tamaşalar, rəsm və əl işləri nümayiş etdirilib. Gənclər arasında viktorinalar təşkil olunub. Sağlamlıq imkanları məhdud olan uşaq və yeniyetmələr də festivala qoşulublar. Tədbir iştirakçıları diplomla mükafatlandırılıb.